
Ukraynanın Fövqəladə Hallar Xidməti Rusiyanın Ukraynanın cənubundakı Zaporojya şəhərində bir müəssisəyə hücum etdiyini, hücumda ölən və ya xəsarət alan olmadığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, “Avqustun 22-nə keçən gecə Zaporojyada bir müəssisə düşmən tərəfindən bombalanıb və yanğın baş verib. Hadisə yerinə gələn xilasetmə qrupları 4-ü yük maşını olmaqla, 14 avtomobilin və çöldəki qablaşdırma qablarının yanıb. Yanğının daha geniş əraziyə keçmə təhlükəsi var idi. Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – deyə məlumatda bildirilir.