Bu ölkələrdə “Barbie” qadağan olundu

Yaxın Şərq ölkələrindən Livan və Küveytdə hal-hazırda hit film olan “Barbie” -nin nümayişinə qadağa qoyulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Küveyt dövlət xəbər agentliyi açıqlama verib.

Açıqlamada filmin qadağa edilməsi ictimai əxlaqı və sosial ənənəni qorumaq məqsədi ilə edildiyi deyilib.

Eyni zamanda Livanın mədəniyyət naziri Məhəmməd Mortada filmin “homoseksuallığı təbliğ etdiyi” və dini dəyərlərə zidd olduğu səbəbi ilə qadağan edildiyini də qeyd edib.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info