DƏHŞƏT: 25 yaşlı adam 7 metrlik piton ilanının mədəsindən çıxdı / VİDEO

  • By arzu
  • 22 Avqust 2023 12:44

İndoneziyada dəhşətli olay yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı Akbar Salubiro ortadan qeyd olduqdan sonra piton ilanının mədəsindən çıxıb.

Böyük ilan Salubironu bütünlüklə udub.

7 metrlik piton ilanıın adamı udması ölkə mətbuatında gündəmə çevrilib.

 

Xurma yağı toplamaq üçün evindən çıxan 25 yaşlı Akbardan bir daha xəbər alınmayıb.

Bəxtsiz adam evlərinin arxa bağçasında olan nəhəng piton ilanı tərəfindən “yem” edilmişdi.

İlanın mədəsinin şişməsindən şübhələnən ailə polisə xəbər verir.

7 metrlik böyük ilanın mədəsi yarıldıqdan sonra Salubironun geyimi və ayaq çəkmələri ilə onun mədəsində olduğu üzə çıxıb.

Cəsəd ilanın mədəsindən çıxarılıb.

Qorxunc və dəhşət dolu hadisə Amerika mətbuatının da gündəminə gəlib.

 

Tərcümə: Arzu

Gununsesi.info