
“Qarabağ” klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.
Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Azərbaycan çempionu bir gün əvvəl müdafiəçi Bəhlul Mustafazədə ilə müqavilənin müddətini 3 illik artırıb.
Gununsesi.info