Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

  • By ilhame
  • 25 Aprel 2024 20:37

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, yarımfinalın ilk matçında “Neftçi” İK-nı 7:4 hesabı ilə üstələyən “Baku Fire” həlledici görüşə vəsiqə qazanıb.

Digər yarımfinal qarşılaşmasında ölkə çempionu “Araz-Naxçıvan” PFL-ə 6:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Gununsesi.info