Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb

Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb

Türkiyənin Van əyalətində baş verən qar uçqunu nəticəsində ölənlərin sayı artıb.

Gununsesi.org-un Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə əyalətin qubernatoru Emin Bilməz deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində ölənlərin sayı 33 nəfər çatıb, 50-dən artıq insan xəsarət alıb.

Bildirilir ki, ərazidə axtarış-xilasetmə işləri davam etdirilir, ölənlərin sayı arta bilər.

Gununsesi.org

COMMENTS