XİN:“Təyyarə qəzasında yaralananlar arasında Azərbaycan vətəndaşı olmayıb”

XİN:

İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

O bildirib ki, İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan “Pegasus” şirkətinə məxsus təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması ilə bağlı XİN-ə məlumat daxil olmayıb.

Xatırladaq ki, İzmirdən İstanbula uçan “Pegasus” şirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib. Ən son məlumatlara görə, hadisə nəticəsində təyyarədə üç nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Gununsesi.org

COMMENTS