Daha bir süpürgəçini maşın vurub öldürdü – Gəncədə

Daha bir süpürgəçini maşın vurub öldürdü – Gəncədə

Gəncədə piyadanın ölümü ilə nəticələnən faciəli yol qəzası olub.

Gununsesi.org-un yerli bürosunun xəbərinə görə,qəza şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

 Hərəkətdə olan “Passat Tuareg” markalı minik maşını yolu süpürən Məmmədova Elminaz Yusif qızını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS