Şirvanda bədbəxt hadisə baş verib.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış şəhərcikdə qeydə alınıb.
Füzuli rayon sakini, 1960-cı il təvəllüdlü Əliyeva Aygüzar Allahverdi qızı 8-ci mərtəbədən yıxılıb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
COMMENTS