Çində dəhşət: Koronavirusdan 563 nəfər öldü

Çində dəhşət: Koronavirusdan 563 nəfər öldü

Çində koronavirus qurbanlarının sayı 563 nəfərə çatıb. 28 min 18 nəfərdə isə virusa yoluxma aşkarlanıb.

Gununsesi.org-un Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Milli Sağlamlıq Komitəsi məlumat yayıb.

Bildirilib ki, şübhəli bilinən 1153 nəfərdə virusun əlamətləri aşkarlanmadığı üçün xəstəxanadan evə buraxılıb.

Ölkənin 28 əyalətindən Komitəyə daxil olan məruzələrə görə, 3859 nəfərin vəziyyəti ağırdır.

Gununsesi.org

COMMENTS