Bakıda ÖNƏMLİ TOPLANTI: Türk Şurası ölkələrinin XİN başçılarının iclası başladı

Bakıda ÖNƏMLİ TOPLANTI: Türk Şurası ölkələrinin XİN başçılarının iclası başladı

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayıb.

Gununsesi.org xəbər verir ki, iclasa Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sədrlik edir.

Nazirin sözlərinə görə, dünən təşkilatın, onun strukturlarının bundan sonrakı fəaliyyəti, eləcə də həm təşkilat daxilində, həm də Vişeqrad qrupu, ASEAN və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, Türkiyədə keçiriləcək Türkdilli dövlətlərin VIII sammitinə hazırlıq məsələləri müzakirə olunub.

Gununsesi.org

COMMENTS