Azərbaycanlı məşhur modelin gizli sevgilisi ortaya çıxdı- FOTOLAR

Azərbaycanlı məşhur modelin gizli sevgilisi ortaya çıxdı

Azərbaycanlı model, “Miss Turizm Kainat” titulunun sahibi Anastasiya Bern əcnəbi şəxslə sevgi münasibətinə başlayıb.

Gununsesi.org xəbər verir ki, şəxsi həyatını hamıdan gizlədən model bu dəfə sevgilisini ortaya çıxarıb. Onun sevib-seçidiyi şəxs isə prodüser Co Marxadır.

Bern sevgilisinin bütün işlərində onun yanında olduğunu və dəstəklədiyini bildirib.

Anastasiya Bern Azərbaycanın ən çox tələbatlı modellərindən biridir. O bir çox moda nümayişləri və reklam layihələrinin siması olub.

O, “Miss universal”, “Miss Eurovision”, “Miss Civilization”, “Miss Globe” və digər beynəlxalq layihələrdə iştirak edib.

Modelliklə yanaşı, Bern ifaçılıqla da məşğuldur. O illər öncə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin milli seçim turlarında iştirak edib.

Hazırda Anastasiya Bern dizaynla məşğuldur və tezliklə Bakıda öz butikini açmağı planlaşdırır. Bununla bağlı model sosial media hesabında tez-tez müxtəlif paylaşımlar edir.

Gununsesi.org

COMMENTS