Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Türkiyədə son sutka ərzində koronavirusdan 15 nəfər dünyasını dəyişib, 1 195 nəfərdə virus aşkarlanıb.

Gununsesi.org bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 778, yoluxma faktı 175 min 218 nəfər olub. Gün ərzində 1 242 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 149 min 102-yə çatıb.

Son 24 saatda 41 min 013 test edilib.

COMMENTS