Azərbaycan Premyer Liqası ləğv edilir? – FOTO

Azərbaycan Premyer Liqası ləğv edilir? – FOTO

İyunun 21-də bərpası gözlənilən futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsüm ləğv oluna bilər.

Gununsesi.org oxu.az-a istinadla xəbər verir ki, sportinfo.az saytı Peşəkar Futbol Liqasının (PFL) ölkə klublarına göndərdiyi məktubu dərc edib.

Məktubda bildirilib ki, hazırkı şərtlər altında klublar çempionatın davam etdirilib-etdirilməməsi ilə bağlı öz mövqelərin yazılı şəkildə PFL-ə göndərsinlər.

Çempionatın bərpasını istəyən klub hazırkı karantin rejimi ilə bağlı yarana biləcək bütün problemlərə isə özü cavabdeh olmalıdır.

Klublar bu gün artıq saat 16:30-dək öz fikirlərini PFL-ə bildirməli idi.

Qeyd edək ki, həftəsonları yaranan qadağalardan sonra Premyer Liqanın bərpası sual altına düşüb.

 

 

Gununsesi.org

COMMENTS