İranda son sutka ərzində 2 369 nəfərdə koronavirus aşkarlanıb, 75 pasiyent vəfat edib.
Gununsesi.org “IRNA”ya istinadən bildirir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi Sima Sadat Lari açıqlayıb.
Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 182 542-yə, bu virusdan ölənlərin sayı isə 8 659-a yüksəlib.
Nazirlik sözçüsü bildirib ki, Huzestan əyaləti ilə yanaşı, “qırmızı zona”ya Hörmüzqan, Kürdistan, Şərqi Azərbaycan və Loristan da daxil edilib.
Gununsesi.org
COMMENTS