Rumınıya və Rusiya arasında siyasi qamaqal: Rəsmi Buxarest Moskvaya qəzəbləndi –Rus səfir XİN-ə çağırıldı

Rumınıya və Rusiya arasında siyasi qamaqal: Rəsmi Buxarest Moskvaya qəzəbləndi –

Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rumıniyanın Milli Müdafiə Strategiyası haqqında söylədiyi sözlərə görə Rumıniya Xarici İşlər Nazirliyinə çağrılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Rumıniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Məlumatda deyilir ki, Rusiyanın davranışı, xüsusən də NATO və AB səviyyəsində sabitliyi pozur.
Rumıniya tərəfi qeyd edib ki, söhbət respublikanın müdafiə fəaliyyətindən gedir. Yeni müdafiə strategiyası eyni zamanda Rumıniyanın NATO və AB-yə üzv dövlət statusunu da əks etdirir və Buxarest elan olunmuş Avroatlantik dəyərləri dəstəkləmək niyyətindədir.
Xatıladaq ki, bundan bir qədər əvvəl Rumıniya hakimiyyəti Rusiyanın təhdid hesab etdiyi 2020-2024 müdafiə strategiyasını təsdiqləyib. Mariya Zaxarova ABŞ və NATO-nun Qara dənizdə mövcudluğunu gücləndirmək üçün bu maddənin Rumıniya proqramına daxil edildiyini deyib. Zaxarova onu da vurğulayıb ki, Rumıniya siyasətçilərinin öz düşüncə qabiliyyəti yoxdur və onlar yalnız başqalarının fikirlərini səsləndirirlər.

Gununsesi.org

COMMENTS