Hadi Rəcəblinin koronavirusa yoluxması haqqında xəbər yayıldı

Hadi Rəcəblinin koronavirusa yoluxması haqqında xəbər yayıldı

Milli Məclisin sabiq deputatı, Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin keçmiş sədri Hadi Rəcəblinin koronovirusa yoluxması barədə xəbərlər yayılıb. 

Gununsesi.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Məlumata görə, bir neçə gün əvvəl Hadi Rəcəblinin səhhəti qəfil pisləşərək xəstəxanaya yerləşdirilib, ona koronovirusa yoluxma diaqnozu qoyulub.

Məlumatı dəqiləşdirmək üçün Hadi Rəcəblinin mobil telefon nömrələrinə zəng etsək də, onunla danışmaq cəhdlərimiz baş tutmayıb.

Gununsesi.org

COMMENTS