İndiyə kimi koronavirus pandemiyasından dünyada 400 mindən çox insan dünyasını dəyişib.
Gununsesi.org xəbər verir ki, Yeni Zelandiya pandemiyaya tamamilə qalib gəlib. Baş nazir Jasinda Ardern ölkədə koronavirusla bağlı bütün qadağaların sabahdan ləğv ediləcəyini açıqlayıb.
Baş nazir deyib ki, “Bu axşamdan etibarən ölkədəki qaydaların bir qismini aradan qaldırırıq. İctimai və özəl tədbirlər məhdudiyyətsiz keçiriləcək. Xidmət sektorları da heç bir maneə və qadağa olmadan işlərini davam etdirəcəklər. Bütün ictimai nəqliyyat vasitələri işləməyə davam edəcək”.
Səhiyyə Nazirliyi isə ölkə sərhədlərinin bir müddət qapalı saxlanılacağını açıqlayıb.
Gununsesi.org
COMMENTS