Livanda erməni mənşəli Harout Der Neşer adlı aparıcı canlı yayım zamanı Türkiyəni təhqir edib.
Gununsesi.org xəbər verir ki, televiziya proqramı zamanı aparıcının Türkiyəyə qarşı təhqirlərlə dolu ifadələr işlətməsi Livan xalqının narazılığına səbəb olub.
Livanlılar əllərində Türk bayraqları ilə küçədə erməni mənşəli aparıcı Haroutyana etiraz ediblər.
Qeyd edək ki, 10 iyunda Livanın “New TV” televiziyasında erməni əsilli Neşa Der Harutyanın proqramında Türkiyəni təhqir edən ifadələrə yol verilib. Sosial mediada yaranan etirazların ardınca, Livanın paytaxtı Beyrutda sözügedən telekanalın qarşısında və ölkənin şimalındakı Tripoli şəhərində böyük izdihamla müşayiət olunan etiraz aksiyaları keçirilib. Aksiyaçılar Türkiyədən üzr istənilməsini tələb edib.
Onu da qeyd edək ki, livanlı vəkil Ziyad Caafil təxribatçı ifadələrinə görə erməni aparıcı haqqında cinayət işi açıldığını deyib.
COMMENTS