Sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var.
“Hazırda araşdrımalar davam etdirilir”, – deyə o vurğulayıb.
Gununsesi.org
COMMENTS