Türkiyədə kilsə və sinaqoqlara hücumun qarşısı alınıb

Türkiyədə sinaqoq və kilsələrə, eləcə də İraq Səfirliyinə qarşı hücum planlaşdıran bir qrup şəxs saxlanılıb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı sözügedən hücumları planlaşdıran 32 İŞİD üzvünü saxlayıb.

Məlumata görə, bununla bağlı 9 fərqli vilayətdə əməliyyat həyata keçirilib. Əməliyyat zamanı terror təşkilatına məxsus çox sayda rəqəmsal material ələ keçirilib.

 

 

Gununsesi.info