
Azərbaycanda daha bir ilahiyyatçı vəfat edib.
Gununsesi.info xəbər verir ki, ilahiyyatçı Seyid Fəramiz Abbasov bu gecə dünyasını dəyişib. O, uzun müddət ürəyində yaranmış problemlərdən müalicə olunurdu. Onun bu gün Masallıda dəfn ediləcəyi bildirilib.
Qeyd edək ki, Fəramiz Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, prezident İlham Əliyevin 2020- ci il, aprelin 6-da imzaladığı sərəncamla əfv edilmişdi.
Allah rəhmət eləsin!
Şəbnəm
Gununsesi.info