
Türkiyə Cümhuriyyətin 100 İlliyi və qardaş ölkənin qurucu lideri Mustafa Kamal Atatürkün Anım Günü münasibəti ilə “Security Operation Services” (SOS) MMC şirkəti bir sıra tədbirlər təşkil edib.
Gununsesi.info-nun xəbərinə görə, şirkətin rəhbəri Anar Məmmədov və başqaları Şahdağdakı Atatürk Zirvəsinə qalxıb.
Bundan başqa Şirkətin kollektivi Mustafa Kamal Atatürkün Bakıdakı heykəlini ziyarət edib.
Tədbirdə çıxış edən Anar Məmmədov Azərbaycan Türkiyə qardaşlığından danışıb.
O, bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində iki dövlət arasındakı münasibətlər daha da sıxlaşıb.
Qeyd edək ki, “Security Operation Services” (SOS) MMC şirkəti ölkədə bir sıra sosial layihələr həyata keçirib.