
Pakistanda Fələstinə dəstək məqsədilə Yeni il şənlikləri qadağan edilib.
Gununsesi.info xəbər verir ki, Pakistanda müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar Fələstin xalqı ilə həmrəy olaraq ölkədə hər cür Yeni il şənliklərini qadağan edib.
Pakistan Radiosunda yayımlanan xəbərə görə, Kakar Pakistanda Yeni il şənlikləri ilə bağlı müraciət yayıb.
Fələstin xalqı ilə həmrəy olaraq yeni ildə “sadəlik” çağırışı edən Kakar Pakistanda hər cür yeni il şənliklərini qadağan edib.
Oktyabrın 7-dən bu yana Qəzzada təxminən 9 mini uşaq olmaqla 21 mindən çox fələstinlinin İsrail tərəfindən öldürüldüyünü vurğulayan Kakar, Pakistanın bütün beynəlxalq platformalarda Fələstin xalqı üçün səsini ucaltdığını və bundan sonra da bunu davam etdirəcəyini bildirib.
Kakar əlavə edib ki, Pakistan Fələstinə yardım materialları göndərib.
Gununsesi.info