
Rusiyanın qərbində, Sibirdə Vladimir Putin tərəfdarı siyasətçi Vladimir Yeqorov üçüncü mərtəbədən yıxılaraq şübhəli şəraitdə ölüb.
Gununsesi.info xəbər verir ki, cansız cəsədi evinin bağçasında tapılan 46 yaşlı Yeqorovun zəngin adam olduğu və adının korrupsiya qalmaqalında hallandığı öyrənilib. Bu yaxınlarda Rusiyada bəzi siyasətçilər də oxşar şəkildə həyatlarını itirdilər.
Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Yeqorovun ölümü ilə bağlı dəqiq açıqlama verilməyib.
Bölgəsində zəngin və nüfuzlu siyasətçi kimi tanınan Yeqorovun infarkt keçirə biləcəyi bildirilsə də, ölümün dəqiq səbəbi ekspertizadan sonra müəyyənləşəcək. Həm də hüquqşünas olan Eqorov 2016-cı ildə əli olduğu korrupsiya qalmaqalından sonra şəhər administrasiyasındakı vəzifəsindən istefa verib, daha sonra siyasətə qayıdıb.
Yeqorov Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri pəncərədən yıxılaraq ölən ilk siyasətçi deyil. Ötən ilin iyununda 28 yaşlı Loko-Bank meneceri Kristina Baikova 11-ci mərtəbədəki evinin pəncərəsindən yıxılaraq ölüb. Rusiyada Ukrayna ilə başlayan müharibədən sonra bir çox siyasətçi şübhəli şəkildə dünyasını dəyişib.
Gununsesi.info