ABŞ-nin məxfi kosmik gəmisi orbitə çıxarılıb

“Falcon Heavy” raketi ABŞ Kosmik Qüvvələrinin məxfi “X-37B” kosmik gəmisini orbitə çıxarıb.

 

Gununsesi.info “Kommersant”a istinadən xəbər verir ki, “SpaceX” şirkətinin raketi dekabrın 28-i Floridadakı kompleksdən buraxılıb.

Bununla belə, missiyanın məqsədi gizli saxlanılır. Eyni zamanda, uçuşun müddəti də məlum deyil.

 

Qeyd edək ki, “X-37B” kosmik gəmisi ilk dəfə 2010-cu il aprelin 22-si buraxılıb. Bu isə sayca 7-ci buraxılışdır.

 

 

Gununsesi.info