Dünya əhalisinin sayı 8 milyarda çatdı

ABŞ Siyahıyaalma Bürosu dünya əhalisinin 2023-cü ildə 75 milyon artacağını və 2024-cü il yanvarın 1-də 8 milyarda çatacağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, ABŞ Siyahıyaalma Bürosunun açıqladığı məlumatlara görə, dünya əhalisi keçən il 75 milyon nəfər artıb və yeni ilin başlaması ilə ümumilikdə 8 milyardı keçəcək.

Siyahıyaalma Bürosunun təqdim etdiyi statistik məlumatlarda 2023-cü ildə artımın 1 faiz olacağı bildirilib və 2024-cü ildə dünya üzrə saniyədə 4,3 doğum və 2 ölüm gözlənildiyi proqnozlaşdırılıb.

ABŞ məlumatlarına görə, Türkiyədə əhalinin sayının 85 milyonu keçdiyi və 2023-cü ildə 0,6 faiz artacağı bildirilir.

Doğuş əmsalı 1,91 faiz olaraq qeyd edilərkən, 5 yaşa qədər ölüm hallarının 2022-ci illə müqayisədə 1 faiz azaldığı qeyd edilib.

ABŞ Siyahıyaalma Bürosunun hesabatında Türkiyədə gözlənilən ömür uzunluğu 76,5 olaraq göstərilib.

Gununsesi.info