Bütün saytlar, səhifələr ayda, ildə bir dəfə realproblemlərə toxunan millət vəkilinin “Yəni vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də, bu asfalt üçün vəsait ayrılıb və başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur” sözlərinə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun “Sizin kifayət qədər deputat kimi səlahiyyətiniz var. 
Əgər ondan istifadə edə bilməmisinizsə, o sizin problemdir” cavabını paylaşır. Bu həmin Ziyafət Əsgərovdur ki, daim Vətənə xəyanət etmiş Ramiz Mehdiyevin Dövlətə və Prezidentə sədaqətindən ağızdolusu danışıb. Qətiyyətlə deyirəm ki, belələrinin hamısının Dövlətə və Prezidentə sədaqəti ramizsayağıdır.
Aslan İsmayılov
Vəkil












