
Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni qətiyyətlə davam etdirir. Suriyanın şimalında daha bir uğurlu əməliyyat keçirilib.
Gununsesi.info Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsində əsgərlərə atəş açan 12 PKK/YPG terrorçusunun məhv edildiyini açıqlayıb.
PKK və onun Suriya qolu olan YPG Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdid yaradan terror qruplaşmasıdır. Türk ordusu Suriyanın şimalında bu terror təşkilatının üzvlərinə qarşı vaxtaşırı əməliyyatlar keçirir.