
Ağ Ev sosial media hesabında 14 fevral Sevgililər Günündə diqqətçəkən bir mesaj paylaşıb. Bununla belə, mesajın məzmunu sosial media istifadəçiləri arasında böyük müzakirələrə səbəb olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev 14 Fevral Sevgililər Günündə sosial media hesabında paylaşdığı mübahisəli mesajı ilə gündəmə gəldi .
Rəsmi İnstaqram hesabında “Qızılgül qırmızı, bənövşə mavi, qeyri-qanuni gəlsən səni deportasiya edəcəyik” mesajı paylaşıb. Mesajda prezident Donald Tramp və keçmiş sərhədçi Tom Homanın çəhrayı fonda fotoları da yer alıb.
Sevgililər gününə yaraşmayan bir dil işlətdiyi düşünülən bu paylaşım bir çox sosial media istifadəçisi tərəfindən mənfi şərhlərlə qarşılanıb.
İstifadəçilərdən biri “Bu səhifəni kim idarə edirsə, işdən azad edilməlidir” deyə şərh edib. Başqa bir şəxs isə “Çox həvəskar və iyrənc” deyərək tənqidini səsləndirib.
Bir çox insan Ağ Evin paylaşdığı mesajın qeyri-peşəkar olduğunu bildirərək məyus olduğunu bildirib.
Mesaj Amerikadakı qeyri-qanuni mühacirlərə qarşı sərt mövqeyi əks etdirsə də, sosial mediada da geniş əks-səda doğurdu.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı ölkə tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəyinə söz vermişdi. Vəzifəyə gəldikdən sonra qanuni immiqrasiyaya icazə verən bir tətbiq olan CBP One-ın ləğv edildiyini açıqlayan Tramp, həmçinin ölkəyə qeyri-qanuni yollarla daxil olan “cinayətkar mühacirləri” saxlamaq üçün Quantanamoda 30 min adamın yerləşəcəyi bir müəssisənin hazırlanması əmrini verdi.
Orxan Saffari