“Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəlib

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

 

Gununsesi.info xəbər verir ki, ikinci oyun gününün ilk oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib.

 

Qarşılaşma Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb.

 

Günün digər oyunu “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək.

 

Daha öncə “Neftçi” “Kəpəz”ə 5:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları ilə yekun vurulacaq.

 

Premyer Liqa

34-cü tur

11 may

 

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:1

Qol: Alexandro Serrano, 63.

Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.

Mərdəkan. “Dalğa Arena”, 17:00.

Gununsesi.info