İsmayıl Kartal yeni mövsümdən etibarən “Fənərbaxça”nı çalışdırmayacaq

“Fənərbaxça” klubu baş məşqçi İsmayıl Kartalla bağlı yekun qərarını verib.

Gununsesi.info-nun xəbərinə görə, Ali Koç klubun prezidenti olaraq qalacağı təqdirdə İsmayıl Kartalı vəzifəsindən azad edəcək. Bunun səbəbi isə klub prezidentinin yeni mövsümdə komandanın başına xarici baş məşqçi gətirmək istəyidir.

Klub rəsmiləri də Türkiyə mediasında yayılan xəbərləri təsdiqləyiblər.

Qeyd edək ki, İsmayıl Kartal mövsümün əvvəlindən “Fənərbaxça” klubunu çalışdırıb.

Gununsesi.info