
Moskva şəhərinin “Maksima Stables” atçılıq mərkəzində keçirilən dressaj növü üzrə beynəlxalq “Qələbə Kubokunun Finalı” yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə edib.
Gununsesi.info-ya bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 4 gün davam edən yarışlarda 3 atla iştirak edən həmyerlimiz cavan atlar (5-7 yaş) arasında keçirilən turda 4 qızıl medal qazanıb, “Intermediate 1 Freestyle” proqramında isə 5-ci yerə layiq görülüb.
Müxtəlif bölgələrdən ən güclü atların iştirakı ilə keçirilən yarışlarda hava şəraitinin qismən soyuq, temperaturun aşağı olmasına baxmayaraq tribunalar dolu olub.