Nigeriyanın şimal-qərbində 100-dən çox insan qaçırılıb

Nigeriyanın şimal-qərbindəki üç kəndə basqın zamanı 100-dən çox insan qaçırılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Qeyd olunub ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarından fidyə tələbi adi hal alıb.

 

Ölkənin Zamfara ştatındakı Birnin-Maqaci rayonunun başçısı Əlhacı Bala silahlıların Qora, Madomava və Cambuzu kəndlərinə hücum etdiyini, 38 kişi, 67 qadın və uşağın qaçırıldığını açıqlayıb.

 

“Qaçırılmış şəxslərin sayı daha çox ola bilər”, – o deyib.

 

Madomavanın kəndxudası Aminu Aliyu Aşa isə qruplaşmanın kəndə motosikldə gəldiklərini vurğulayaraq onların insanları tutmasından öncə atəş açdıqlarına diqqət çəkib:

 

“Qaçırılma halları bizimlə cinayətkarlar arasındakı sülh razılaşmasını pozur. Bu ilin fevralında ərazimizə hücum etməmələri üçün onlara fidyə ödəmişik”.

 

Agentlik qeyd edib ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarından fidyə tələbi adi hal alıb.

 

Ölkədə kütləvi insan oğurluğu ilk dəfə 10 il öncə “Boko Haram” tərəfindən həyata keçirilib. O zaman 200-dən çox tələbə qaçırılmışdı. Lakin bu təcrübə heç bir ideoloji mənsubiyyəti olmayan silahlı dəstələr tərəfindən mənimsənilib və nigeriyalılar iqtisadi çətinliklərlə mübarizə apardıqca geniş vüsət almağa başlayıb.

Gununsesi.info