Azərbaycan Basketbol Liqasında növbəti finalçı məlum olub

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçirilib.

 

Gununsesi.info xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində “Xəzri” və “NTD-İndiqo” arasında ikinci görüş baş tutub.

 

Qarşılaşma birincilərin qələbəsi ilə başa çatıb – 86:81.

 

Komandaların ilk görüşündə də “Xəzri” qələbə qazanmışdı. (63:61)

 

Qeyd edək ki, bu nəticənin ardından “Xəzri” finalda “Sabah”a rəqib. Həlledici mərhələnin oyunu mayın 16-sı keçiriləcək.

Gununsesi.info