Tunisdə parlament Baş nazirin əleyhinə çıxdı: Yeni hökumət təsdiqlənmədi –Ölkə tarixində ilk

Tunisdə parlament Baş nazirin əleyhinə çıxdı: Yeni hökumət təsdiqlənmədi –

Tunis parlamenti yeni hökumətin tərkibini təsdiqləmədi.

Bu barədə Tunisin xəbərlər agentliyi məlumat verir.

Yeni heyət Tunisin yeni təyin olunmuş Baş naziri Həbib əl-Camali tərəfindən təklif olunmuşdu.

Məlumata əsasən, belə insident ölkə tarixində ilk dəfədir ki, müşahidə olunur.

Belə ki, 134 nəfər, yəni deputatların əksəriyyəti təklif olunan namizədlərin əleyhinə səs verib.

Xəbər oxu.az saytında dərc edilib.

 

Gununsesi.org

COMMENTS