Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanda Boccia idman növünün inkişafına dəstək olmaq üçün, Britaniyanın aparıcı Boccia məşqçisi Metyu Kendrikin 2 günlük Bakıya səfərini təşkil edir. Səfirlik bu yöndə Azərbaycanın Milli Paralimpiya Komitəsilə əməkdaşlıq etməkdən məmnunluğunu da ifadə edib.
Gununsesi.org-un məlumatına görə, 10-11 yanvar tarixlərində həm Azərbaycan boccia məşqçiləri, həm də idmançıları üçün Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim-məşq toplantısı keçiriləcək. Bundan əlavə, boccia idman növü haqqında bir neçə maarifləndirici videolar səfirliyin rəsmi səhifəsində paylaşılacaqdır. Bura Boccia’nın qaydaları və tarixi, Azərbaycanda bu idmana qoşulanların həyatlarında müsbət dəyişiklilər və məşqçi və idmançıların Metyu Kendrikin səfərindən nələr öyrəndikləri haqqında qısa videolar daxildir. Məqsəd bu idman növünə diqqət çəkmək və sağlamlıq imkanları məhdud olan şəxslər arasında bu idmana qoşulmaq üçün stimul yaratmaqdır.
Qeyd edək ki, videoları izləmək və paylaşmaq üçün bu gündən başlayaraq səfirliyin rəsmi səhifəsini izləyə bilərsiniz. Bütün paylaşımlar #boccia #ukinazerbaijan #bocciainazerbaijan #azparalimpiya #azboccia həştəqləri altında paylaşılacaq.
Həmçinin, bu gün təlim-məşq toplantısından video/şəkil görüntüləri və Metyu Kendrik ilə müsahibə materiallarını işıqlandırmaq üçün sizinlə paylaşacağıq. Qonaq məşqçiyə ünvanlamaq istədiyiniz sualları, sabah səhər 09.00-dək bizə göndərə(Nigar.Mammadova@fco.gov.uk) bilərsiniz: UK in Azerbaijan | Facebook | Twitter.
COMMENTS