ABŞ bu dəfə Suriyaya aviazərbələr endirdi

ABŞ bu dəfə Suriyaya aviazərbələr endirdi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində “Hizbullah” hərəkatının mövqelərinə aviazərbələr endirib.
Gununsesi.org-un məlumatına görə, zərbələr nəticəsində 4 tank məhv edilib. İnsan itkiləri barədə məlumat verilməyib.
Qeyd olunur ki, zərbələrin hədəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin rəhbərlik etdiyi “Hizbullah” qüvvələrinin mövqeləri olub.
Gununsesi.org

COMMENTS