ABŞ-ın İran yaxınlığında on minlərlə hərbi qüvvəsi var

ABŞ-ın İran yaxınlığında on minlərlə hərbi qüvvəsi var

Gununsesi.org xəbər verir ki, Birləşmiş Ştatlar Yaxın Şərq bölgəsinə on minlərlə əsgər yerləşdirib və onların çoxu İrana yaxınlığındakı ölkələrdir. ABŞ-la İran arasında yüksək gərginlik yaşandığı bir zaman bölgədəki ABŞ əsgərlərinin olduğu ölkələrə nəzər salaq.

Yaxın Şərq və Əfqanıstanda

Bölgədəki 11 ölkədə 60 000 – 70 000 arasında Amerika əsgəri yerləşdirilib.

İraq – Təxminən 6 000 ABŞ əsgəri.

ABŞ rəsmiləri deyirlər ki, onların vəzifəsi İslam Dövləti ilə mübarizə aparmaqdır.

İran 2020-ci il yanvarın 8-i Əl-Əsəd hava bazasına və İrbil hava bazasına raketlər atdı. ABŞ insan itkisinin olmadığını bildirdi. İran ABŞ-dan generalı Qasım Süleymaninin öldürülməsi üçün qisas aldığını bildirdi.

Suriya – Təxminən 800 ABŞ əsgəri. Onlar əsasən Suriyanın şimal-şərqində və Suriya-İordaniya sərhədi boyunca, Əl-Tanf hərbi bazasında yerləşdirilib. ABŞ onların neft obyektlərini qoruduqlarını və İslam Dövlətinə qarşı mübarizə apardıqlarını deyir.

Türkiyə – Təxminən 2 500 ABŞ əsgəri. Onlar İncirlik və İzmir Hərbi Hava Bazalarında yerləşdirilib. İncirlik hava bazasında təxminən 50 taktiki nüvə silahı saxlanır. İzmir bazası isə NATO missiyalarını dəstəkləyir.

İordaniya – təminən 3 000 ABŞ əsgəri. Onların şoxu Muvaffaq Salti Hərbi Hava Bazasında yerləşdirilib və onların missiyası İslam Dövlətinə qarşı mübarizədir.

Səudiyyə Ərəbistanı – 3 000 ABŞ əsgəri. Onlar Şahzadə Sultan Hərbi Hava Bazasında yerləşdirilib. ABŞ onların bölgəni İranın düşmən hərəkətlərindən qoruduğunu deyir.

Küveyt – 13 000 ABŞ əsgəri. Onlar əsasən Əli Əl-Səlam Hərbi Hava bazasında və Arifcan düşərgəsinə yerləşdirilib. ABŞ-la Küveyt arasında 1991-ci il Körfəz müharibəösindən sonra Müdafiə Sahəsində Əməkdaşlıq razılığı var.

Bəhreyn – 7 000-dən çox. Onlar Bəhra Hərbi Dəniz Bazasında yerləşdirilib.

Qətər – Təxminən 13 000 ABŞ əsgəri. Onlar Əl-Üdeyd Hərbi Hava Bazasında və Əs-Səyliha düşərgəsində yerləşdirilib.

Birləşmiş Ərəb Əmirlikləri – 5 000 ABŞ əsgəri. Əl-Dafra Hərbi Hava bazası və Ficariyə Hərbi Dəniz Donanmasında.

Əmman – 600 ABŞ əsgəri. RAFO Hərbi Hava Bazasında.

Əfqanıstan – 14 000-ə qədər. Əfqanıstan boyu 6 bölgədə yerlşdirilib.

 

Gununsesi.org

COMMENTS