Qubad İbadoğlu Tovuz polisini günahlandırır- NƏRMİNİN QƏTLİ BAŞ VERMƏYƏ BİLƏRDİ

Qubad İbadoğlu Tovuz polisini günahlandırır

Tovuzda azyaşlı uşağın qonşusu tərəfindən oğurlanaraq sonra öldürülməsi cəmiyyətdə böyük sensasiyaya səbəb olub.

Gununsesi.org xəbər verir ki, tanınmış ictimai xadim Qubad İbadoğlu isə hesab edir ki, Tovuz polisi bu işə ilk gündən ciddi yanaşsaydı Nərmin öldürülməyə bilərdi:

“Məsum qız Nərminin qətlinin detalları da göstərdi ki, hadisə yerli polis orqanlarının fəaliyyətsizliyindən və məsuliyyətsizliyindən baş verib. Hətta azacıq peşəkarlıq göstərsəydilər belə Nərminin həyatını xilas edə bilərdilər. 40 günə yaxın Nərmini girov saxlayan qatil qonşuluqda yaşayıb, nəzarətində boş ev olmasına baxmayaraq izlənilməyib, axtarış aparılmayıb, hətta əksinə qatil sərbəst şəkildə baş verənləri izləyib. Bu o deməkdir ki, hüquq-mühafizə orqanları işlərinin öhdəsindən gələ bilməyib. Nədən, bütün qətl hadisələrinin üstü prezidentin nəzarətində olanda açılır? Görün, üstü açılmayan nə qədər qətllər var ki, nə prezident nəzarətindədir, nə də ki, ictimai diqqətdə?

Hesab edirəm ki, Nərminin itkin düşmə hadisəsinin təhqiqatı ilə məşğul olan qeyri-professional və məsuliyyətsiz polis əməkdaşları da işlərindən kənarlaşdırılmaldır. Əks təqdirdə, gələcəkdə onların nəzarət etdiyi bölgədə belə hallardan başqaları da sığortalana bilməyəcək.Bütövlükdə isə bu hadisə göstərdi ki, hüquq mühafizə orqanlarında ciddi islahatlar aparılmalıdır.

Yoxsa belə təhlükələr hər bir bölgədə, hər bir kənddə, hər bir ailədə hər kəsin övladı üçün ola bilər.”

 

Gununsesi.org

COMMENTS