Gununsesi.org xəbər verir ki, Taliban Əfqanıstanıns cənubunda ordu bazasına hücum edib. Nəticədə azı 10 əsgər həyatını itirib, dörd nəfər yaralanıb.
Əfqanıstan ordusunun şənbə günü yaydığı bəyanatda bildirilib ki, qiyamçıların bomba və silahlarla etdiyi hücum Helmand vilayətində baş verib. Helman vilayətindəki rayonların çoxu Taliban tərəfindən idarə olunur.
Vilayət hökümətinin sözçüsü Ömər Zvak Amerikanın Səsinə bildirib ki, hücumçular Sangin rayonundakı təsisə daxil olmadan öncə bomba partladıb. Onun szölərinə görə, orada bir neçə saat döyüş gedib və hər iki tərəfdə itkilər olub. Zvak əlavə məlumat paylaşmayıb.
Lakin adının anonim qalmasını istəyən yerli əfqan rəsmisi Amerikanın Səsinə bildirib ki, Talibanın hücumu 17 əsgərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib. Türli media Talibanın bazaya çatmaq üçün tunel qazıdığını bildirib.
Talibanın sözçüsü yaydığı bəyanatda iddia edib ki, qrupun döyüşçüləri hərbi postu keçərək 26 Əfqanıstan qüvvəsini öldürüb. Lakin qiyamçı qrupun iddiaları çox vaxt şişirdilmiş olur. Sangin rayonun böyük hissəsinə qiyamçılar nəzarət edir.
Talibanın hücumları
Taliban bu həftə müxtəlif vilayətlərdə Əfqanıstan qüvvələrinə qarşı dəfələrlə hücumlar edib, onlarla insanın ölümünə səbəb olub. Şimalda yerləşən Kunduz vilayətində bazar günü baş verən hücum bir amerikalı əsgərin ölümü ilə nəticələnib.
Talibanın intensivləşdirilmiş hücumları Birləşmiş Ştatların Talibana 18 ildir davam edən müharibəyə son qoyma üçün Əfqanıstan daxilindəki tərəflər arasında danışıqlar başlatmaq məqsədilə aparılan sülh prosesinin davam etdirilməsinə yardım etmək üçün zorakılıqlara son qoymaq çağırışına rəğmən davam edir.
Taliban təkid edir ki, ölkə boyu atəşkəsi yalnız ABŞ-la bütün Amerika və NATO qüvvələrinin ölkədən çıxarılması üzərində razılıq imzalayandan sonra müzakirə edəcək.
Birləşmiş Millətlər Təşkilatı cümə axşamı bildirib ki, 18 ildir davam edən zorakılıqlar Əfqanıstanda mülki vətəndaşlara böyük ziyan vurur.
Qurum yaydığı bəyanatda bildirib ki, Əfqanıstandakı BMT missiyası 2009-cu ildə mülki vətəndaşlar arasında ölüm hallarını qeyd etməyə başlayandan bəri müharibə 100 mindən çox mülki vətəndaşın ölümü və ya yaralanmasına səbəb olub.
Gununsesi.org
COMMENTS