Bu günlərdə vurulan Ukrayna Hava Yollarına məxsus və Tehran-Kiyev reysi üzrə hərəkət edən təyyarəni İran hərbi hava qüvvələri vurub.
Gununsesi.org xəbər verir ki, bunu İran İslam Respublikasının XİN rəhbəri bu gün öz Tvitter hesabında etiraf edib və həlak olanların ailələrindən üzr istəyib.
Pentaqon və ABŞ kəşfiyyat mənbələri iddia edirdi ki, raket təsadüfən atılıb.
CBS News bildirirdi ki, ABŞ rəsmilərinin fikrincə, Ukraynanın “Boeing” şirkəti İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Birləşmiş Ştatlar İran radarlarının siqnalını, həmçinin güman ki, “Tor” hava hücumundan müdafiə raket sistemindən iki raket atışını qeydə alıb.
CNN, çoxsaylı mənbələrə istinadən, ABŞ hakimiyyətinin təyyarənin səhvən İran raketi ilə vurulduğuna inandığını bildirib. Bu versiya ABŞ kəşfiyyatı tərəfindən toplanan peyk, radar və elektron məlumatların təhlilinə əsaslanırdı.
Xatırladaq ki, Tehran civarında vurulan təyyarədə 176 sərnişin var idi ki, onlardan heç kəs sağ qalmayıb.
Təyyarə vurulan vaxt Ukraynanın paytaxtı Kiyevə uçurdu.
Arzu.
COMMENTS