“Gelandewagen”lə VAZ toqquşdu - VİDEO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, VAZ markalı avtomobilin sürücüsü yolayrıcında arxadan gələn maşına məhəl qoymadan əks-istiqamətli yola keçmək istəyib, yekunda qəzaya səbəb olub.

Nəticədə “Gelandewagen” zərblə həmin VAZ avtomobilinə çırpılıb.

Həmin görüntünü təqdim edirik: