
Elm adamları Avstraliyada bir qadının beynindən 8 sm. uzunluğunda bir yuvarlaq soxulcan çıxarıblar. Onlar bunun tibb literaturasında bir ilk olduğunu bildirirlər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay Kanberrada qeydlərə keçib. İngiltərədə doğulan xəstənin zədələnmiş ön lob toxumasından “saça bənzər cisim” çıxarılıb.
Kanberra Xəstəxanasının cərrahı əməliyyatxanada olan doktor Sanjaya Senanayake “Cərrah canlı halda qıvrılan 8 sm. uzunluğundakı açıq-qırmızı soxulcanı beyindən çıxardıqda, hər kəs həyatının şokunu yaşayıb.
Sanjaya Senanayake bunun daha öncə insanda görülməmiş yeni bir infeksiya olduğunu özəl olaraq vurğulayır. Zəhərli olmayan soxulcan növü Avstraliyada yayılmış şəkildədir.
Elm adamlarının fikrincə, qadın eyni soxulcan parazitini yaşadığı yerin yaxınlığındakı gölün çevrəsində ot yığarkən özünə yoluxdurub.
Qırmızı rəngli parazitin 2 aylıq müddətdə orada qaldığı düşünülür. Araşdırmaçılar bu xəstəlik növünün heyvanlardan yoluxan xəstəlik infeksiyaları ilə bağlı təhlükələrin riskini göstərməsi ilə bağlı xəbərdarlıqlar edirlər.
Tərcümə: Arzu