
ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 23-də Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin debatında iştirak etməyəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində bildirib.
O , prezidentliyi dövründə gördüyü hər bir işə görə xalqın rəğbətini qazandığını deyib.
“İctimaiyyət mənim kim olduğumu, prezidentliyimin nə qədər uğurlu olduğunu bilir – güclü sərhədlər, enerji müstəqilliyi, səriştəli ordu, ən böyük vergi endirimi, inflyasiyanın olmaması, tarixin ən güclü iqtisadiyyatı və daha çox şeylər”.
Bildirilir ki, Donald Trampın Respublikaçılar Partiyasının tərəfdarları arasında mövqeyi yalnız ona qarşı yeni ittihamlar fonunda güclənir.
Respondentlərin təxminən 62%-i Trampı prezidentliyə namizəd kimi seçəcəklərini deyib.
Tərcümə
Şəbnəm