İran dünya səviyyəli boksçunu edam etməyə hazırlaşır

İran Milli Müqavimət Şurası bu ölkədə olan siyasi məhbus Məhəmməd Cavad Vəfai Taninin edamının qarşısını almaq üçün təcili tədbirlər görülməsinə çağırış edib.

Qurumdan Gununsesi.info-ya verilən xəbərə görə, iyulun 28-də, Məşhəddəki Vəkil Abad həbsxanasının hakimi Dejxim tərəfindən mücahidləri dəstəkləyən siyasi məhbus Məhəmməd Cavad Vəfai Sani edam cəzasına məhkum edilib:
“Dünyada fitnə-fəsad mollası olmaqda ittiham edilərək edam cəzasına məhkum edilən o, hökmdən sonra naməlum yerə köçürülüb. Məşhəd klublarının boks üzrə çempionlarından olan 27 yaşlı Məhəmməd Cavad Vəfai Tani 2018-ci ilin martında həbs edilib və uzun müddət işgəncələrə məruz qalıb.

İran müqaviməti Birləşmiş Millətlər Təşkilatını, Avropa Birliyini və üzv dövlətləri, eləcə də bütün insan haqları təşkilatları və səlahiyyətliləri bu siyasi məhbusun həyatını xilas etmək və 4 il həbsdə qaldıqdan sonra onun cinayət cəzasının icrasına mane olmaq üçün təcili tədbirlər görməyə çağırır”.

Tərcümə:
Mais