Tanınmış jurnalist DMX-də İctimai Şuraya seçilib - FOTO

“Jurnalist Sənətkarlığının inkişafına Dəstək” İctimai Birliyinin sədri, telejurnalist Günel Gözəlova Miqrasiya Xidmətinin yanında İctimai Şuraya keçirilən seçkidə 114 səslə qalib olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Günel Gözəlova özünün sosial şəbəkə hesabında yazıb:

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya keçirilən seçkilərdə 114 səslə lider qalib oldum! Seçkiyə qatılan, səs berən bütün həmkarlar, dostlar var olun! Digər qaliblərə fəaliyyətlərində uğur arzu edirəm!

Vurğulayım ki, səhər saat 10.00-da başlayan seçkidə təkcə namizəd yox, məhz 24 ildir fəal fəaliyyət göstərən jurnalist kimi, həm də sonacan müşahidəçi oldum. Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsində keçirilən seçki tam şəffaf, ədalətli şəraitdə keçdi. Xidmətin Rəisi Vüsal Hüseynov başda olmaqla, bütün əməkdaşlara qanunamüvafiq fəaliyyətlərinə görə təşəkkür edirəm”.

Gununsesi.info