Tanınmış fotoqrafın anasını yük avtomobili vurub öldürdü

Tanınmış fotoqrafın anasını yük avtomobili vurub öldürdü

Bakıda tanınmış fotoqrafın anasını maşın vurub. Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə noyabrın 20-i saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib.

Fotoqraf Səfiyar Məcnunun anası, 65 yaşlı Peykar Məcnunovanı yolu keçərkən Təbriz İbrahimovun idarə etdiyi “QAZel” markalı yük avtomobili  vurub. O, hadisə nəticəsində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Gununsesi.org

COMMENTS