Şahzadə Harri saraydakıları təəccübləndirib Böyük Britaniyanı tərk etdi

Şahzadə Harri saraydakıları təəccübləndirib Böyük Britaniyanı tərk etdi

Şahzadə Harri Böyük Britaniyanı tərk edib.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Məlumata görə, o, Kanadaya, xanımı Meqan Marklın və oğlu Arçinin yanına gedib.

Qeyd edilir ki, Harri Londonda Britaniya-Afrika investisiya sammitində iştirak etdikdən sonra axşam reysi ilə uçan təyyarə ilə Kanadaya gedib. Harri Britaniya paytaxtında ölkənin baş naziri Boris Consonla görüşüb.

Nəşr iddia edir ki, şahzadə Harri ölkəni elə tərk edib ki, hətta gözlənilmədən Bukinhem sarayında axşam qəbuluna da çıxmayıb. O, burada təşkilatçılardan biri olmalı idi.

Gununsesi.org

COMMENTS