Meksikanın San Luis Potisi şəhərində kiçik bir evdən gələn ağlama səslərini eşidən qoşular qapını açdıqlar zaman dəhşətli bir mənzərə ilə qarşılaşıb. Evdə 5 yaşlı bir uşaq kirli paltarlar və zibillərin arasında ayağından yatağa zəncirlənmiş halda tapılıb.
Gununsesi.org xəbər verir ki, dəhşətli hadisəyə şahid olan qonşular dərhal polisə xəbər verib və azyaşlının ailəsinin tapılması üçün axtarışa başlanılıb.
Xəstəxanaya aparılan uşağın ayaqlarında zəncirdən yaranan əziklər olduğu və psixoloji müayinədən keçməsi üçün başqa bir xəstəxanaya aparıldığı bildirilib.
Yerli media uşağın tualet ehtiyacını ödəyə bilməsi üçün yatağının yanına qab qoyulduğunu, otağın isə kirli paltarlar və çoxlu zibillə dolu olduğunu xəbər verib.
Gununsesi.org
COMMENTS